Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna - NATO Şurası Rusiyanın Ukrayna hərbi-sənaye kompleksi obyektlərinə qarşı yeni ballistik raketdən istifadə etməsi ilə bağlı noyabrda fövqəladə iclas keçirəcək.
Turkustan.az xəbər verir ki, bu barədə Fransanın AFP agentliyi məlumat yayıb .“Ukrayna və NATO Rusiyanın hipersəs ballistik raketinin Ukraynaya endirdiyi zərbəni qiymətləndirmək üçün çərşənbə axşamı Ukrayna-NATO Şurasının iclasını keçirəcək”, - deyə agentlik bildirir.Bildirək ki, Rusiya prezidenti Vladimir Putin həmvətənlərinə müraciəti zamanı demişdi ki , Moskva Amerika və Britaniyanın uzaqmənzilli raketlərinin hücumlarına cavab olaraq Ukraynadakı hədəfləri ən son “Oreşnik” orta mənzilli ballistik raketlə vurub.
Aytən Yaşar/ Turkustan.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.