Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
NATO xarici işlər nazirləri Rusiya və Çindən gələn iqtisadi, kiber və hərbi təhdidləri aradan qaldırmaq üçün Brüsseldə toplanıblar.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin NATO-dakı rolu və alyans daxilindəki strateji əhəmiyyəti görüşün diqqət çəkən mövzularından olub.
NATO-ya qarşı təhdidlər arasında təxribat, kibercinayətkarlıq və enerjidən silah kimi istifadə məsələləri ön plana çıxıb.
İclasda alyans üzvlərinin bu cür təhlükəsizlik risklərinə qarşı kollektiv müdafiəni gücləndirmək yolları müzakirə edilib.
NATO-nun baş katibi Mark Rutte iclasın ikinci günündə verdiyi açıqlamada Rusiya və Çinin adını çəkib: “Rusiyanın NATO ölkələrinə qarşı gücləndirdiyi düşmənçilik hərəkətlərinə diqqət yetirəcəyik.
Biz görürük ki, Rusiya və Çin təxribat, kiberhücumlar və digər vasitələrdən istifadə etməklə NATO ölkələrində sabitliyi pozmağa çalışır." Rutte bildirib ki, xarici işlər nazirləri bu təhdidlərə qarşı müdafiənin daha effektiv yolları, kəşfiyyat məlumatlarının mübadiləsinin təkmilləşdirilməsi və kritik infrastrukturun qorunması kimi strateji məsələləri müzakirə edəcəklər.
O, NATO-nun həm ənənəvi, həm də hibrid təhlükələrə qarşı daha dayanıqlı struktur yaratmalı olduğunu vurğulayıb.