NATO XİN başçılarının iclasında müzakirə olunacaq məsələlər açıqlanıb | Icma.az
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mayın 14-15-də Türkiyənin Antalya şəhərində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr bildirib.Qeyd olunub ki, NATO-nun 32 müttəfiqinin təmsil olunduğu iclas alyansın dövlət və hökumət başçılarının iyunun 24-25-də Haaqada keçirəcəkləri Zirvə görüşünə hazırlıq olacaq.İclas çərçivəsində müttəfiq ölkələrin xarici işlər nazirləri, NATO Baş katibi və digər yüksək səviyyəli alyans rəsmilərinin mayın 14-də Hakan Fidanın ev sahibliyi etdiyi tədbirdə bir araya gəlməsi gözlənilir.Alyansın mayın 15-də səhər saatlarında keçiriləcək qeyri-rəsmi sessiyasında qurumun gündəliyində duran prioritet məsələlərlə bağlı Haaqa Sammitində qəbul oluna biləcək qərarlar müzakirə ediləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu