GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir. Yaxın bir neçə ay ərzində Avropada NATO-ya alternativ yaradıla bilər.
Globalinfo.az xəbər verir ki, bunu fevralın 23-də Xristian Demokrat İttifaqından Almaniya kansleri seçilən Fridrix Mertz deyib.
“Mənə maraqlıdır, biz iyunda da NATO-dan bugünkü kimi danışa biləcəyik, yoxsa müstəqil Avropa müdafiə strukturu yaratmalı olacağıq?”, – o bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın və onun komandasının son açıqlamalarından sonra bəlli olub ki, ABŞ administrasiyasını Avropanın taleyi maraqlandırmır.
Aysel Əliyeva Globalinfo.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.