NATO ya məxsus kəşfiyyat dronu Rusiyanın sərhədləri yaxınlığında müşahidə EDİLDİ

11.12.2025

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

NATO-nun kəşfiyyat dronu Rusiya sərhədləri yaxınlığında görünüb.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla məlumat verir.

Bildirilir ki, pilotsuz aparat doqquz ölkənin üzərindən uçaraq hazırda Estoniya səmasında kəşfiyyat fəaliyyəti aparır.

Jurnalistlərin məlumatına əsasən, ABŞ-yə məxsus "RQ-4B Global Hawk" kəşfiyyat dronu bir neçə saat əvvəl alyansın Siciliyanın Siqonella şəhərində yerləşən hərbi-dəniz aviabazasından havaya qalxıb. Daha sonra o, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya üzərindən uçaraq Polşa istiqamətində böyük döngə edib və Latviyanın, eləcə də Litvanın hava məkanına daxil olub.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью