NATO ya qoşulmaq Gürcüstanın gündəliyində deyil Kobaxidze səbəbləri açıqladı

08.02.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstanın NATO-ya inteqrasiyası gündəmdə deyil.

"Ölkə.az" "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

"Bizim kifayət qədər aydın xarici siyasət məqsədlərimiz var. NATO-ya inteqrasiya məsələsinə gəlincə, Qərb ölkələrinin qərarları və yanaşmaları səbəbindən hələ ki gündəmdə deyil", - Baş nazir deyib.

Kobaxidze qeyd edib ki, Avropa İttifaqına inteqrasiya Gürcüstanın xarici siyasətinin əsas prioriteti olaraq qalır.

Onun sözlərinə görə, 2030-cu ilə qədər Aİ üzvü olmaq hədəfi Gürcüstan üçün əlçatandır. O, əlavə qeyd edib ki, ölkə hər hansı addım atarkən bütün yan təsirləri nəzərə alır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью