NATO yaxın gələcəkdə dağıla blər Steigan

28.11.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Şimali Atlantika Alyansı yaxın gələcəkdə nəinki "zəifləyə bilər, hətta mövcudluğunu dayandıra" bilər.

Bizimyol.info xəbər verir ki, bu fikri Norveçli BMT sülhməramlı veteranı Dan Viggo Bertgun "Steigan" tərəfindən dərc olunmuş məqalədə bildirib.

"Sual NATO-nun bu əsrdə yaşayıb-yaratmayacağında deyil. Sual NATO-nun ən azı növbəti onillikdə yaşayıb-yaratmayacağındadır", - deyə məqalədə qeyd edilir.

Bertgun iddia edir ki, NATO tək bir böhran nəticəsində deyil, Ukraynadakı münaqişədən çox əvvəl başlayan uzunmüddətli "deqradasiya" prosesi səbəbindən "ölə" bilər.

Onun sözlərinə görə, "alyansın tənəzzülünün konturları" bu gün artıq görünür və o, artıq yaradıldığı missiyaları yerinə yetirməyə gücünün olmadığı ydın görünür.

Məqaləsində Bertgun Əfqanıstandakı əməliyyata diqqət yetirərək, onu NATO üçün həm hərbi, həm də siyasi məğlubiyyət hesab edib. O, iyirmi ildən çox əvvəl Brüsseldəki NATO qərargahında o vaxtkı Norveçin Alyansdakı səfiri Kai Eide ilə görüşdə Eide-nin: "NATO Əfqanıstanda strateji məğlubiyyətdən sağ çıxa bilməz. Bu, Alyansın etibarlılığına xələl gətirər", - dediyini xatırladıb.

Bertgun qeyd etdi ki, "indi geriyə baxanda bu sözlərin nə qədər doğru olduğunu başa düşürük".

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью