NATO yeni təliminin məqsədini açıqladı

11.01.2025

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 13-dən fevralın 26-dək Rumıniya , Bolqarıstan və Yunanıstanda keçiriləcək NATO-nun "Steadfast Dart" təliminə alyansın doqquz ölkəsindən 10 minə yaxın hərbçi qatılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə alyansın "X" sosial şəbəkəsində məlumat yayılıb.
Məlumata görə, təlimin məqsədi Rusiya sərhədləri yaxınlığında hərəkətlər etmək olacaq.
"Təlim NATO-nun şərq cinahını gücləndirmək üçün qüvvələrini sürətlə yerləşdirmək qabiliyyətini nümayiş etdirəcək", - blokun bəyanatında deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью