Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Ukraynaya əlavə F-16 qırıcılarının təhvil verilməsi ilə bağlı hazırlıqlar aparılır.
Globalinfo.az xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Ali Baş komandanı Kristofer Kavoli məlumat yayıb.
O, bu addımın Ukraynanın hava müdafiə qabiliyyətlərini gücləndirmək və Rusiya ilə davam edən münaqişədə strateji üstünlük əldə etmək məqsədini daşıdığını vurğulayıb.
Qeyd edək ki, F-16 qırıcıları NATO ölkələrinin silahlanmasında mühüm yer tutur və onların Ukraynaya təhvil verilməsi Rusiya ilə qarşıdurmada Ukraynanı daha da gücləndirmək məqsədi daşıyır.
Aysel Əliyeva
Globalinfo.az