Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əgər Ukrayna Rusiyanı məğlub edə bilməsə, bu halda NATO ölkələri “son dərəcə dəhşətli nəticələrə hazırlaşmalıdırlar”.
...“Təcavüzkar ölkə Rusiya ölkənin hərbiləşdirilməsinin bugünkü tempini davam etdirsə, beş ildən sonra NATO dövlətlərinin heç bir şansı olmayacaq”.
SİA-nın məlumatına görə, bubarədə Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Mixail Podolyak “Freedom” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, yeganə yol Ukraynanın köməyi ilə rusları məğlub etməkdir.
...Hazırda NATO dövlətlərinin kifayət qədər çoxlu silahları var bu silahlar daha effektivdir, lakin bu dövlətlə onlardan istifadə etməyə hazır deyillər.
Müvafiq olaraq, əgər Rusiya 5 il ərzində bu gün düşdüyü militarizasiya və avtoritarizm tempini qoruyarsa, bu halda NATO-nun şansı olmayacaq.
Bunu Podolyak vurğulayıb. O, həmçinin əlavə edib ki, Rusiya indi Ukraynada uduzmasa, tramplin hazırlayır.