NATOnun Baş katibi Ankarada Ukrayna, Yaxın Şərq və terrorla

25.11.2024

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, hərbi-siyasi blokun rəhbəri ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında görüş bir saata yaxın və mətbuata qapalı keçirilib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər də iştirak ediblər.
Gün ərzində Alyansın rəhbəri H.Fidan və Y.Gülər ilə də ayrı-ayrılıqda görüşlər keçirib.

Türkiyə Prezidentinin Administrasiyası bildirib ki, NATO Baş katibinin iştirakı ilə keçirilən danışıqların gündəliyində Ukraynadakı müharibə, Yaxın Şərqdəki böhran, həmçinin terrorizmlə mübarizədə birgə fəaliyyət məsələsi yer alıb.
Bundan əlavə, görüşlərdə 2026-cı ildə Türkiyədə NATO sammitinin təşkili və müdafiə sənayesi məhsullarının tədarükü sahəsində alyans üzvləri arasında həmrəylik məsələləri müzakirə olunub.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью