NATOnun Baş katibi Rütte Türkiyəyə səfər edəcək

22.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Noyabrın 25-də NATO-nun Baş katibi Mark Rütte Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.

Bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, blokun başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, habelə xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülərlə danışıqlar aparacaq.

“Baş katib Türkiyə müdafiə sənayesi nümayəndələri ilə görüşəcək və Türk Hava Yolları Sənayesinin (TUSAŞ) obyektlərinə baş çəkəcək. O həmçinin Anıtqəbirə, Atatürkün məqbərəsinə əklil qoyacaq”, – mətbuat xidməti diqqətə çatdırıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью