Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şimali Atlantika Alyansı ölkələri hazırda Kiyevin NATO-ya daxil olma imkanını müzakirə etmir, söhbət ancaq Ukraynaya hərbi dəstəkdən gedir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Alyansın baş katibi Mark Rutte mətbuat konfransında deyib.
Qərbin Ukraynanı NATO-ya dəvət edib-etməməsi ilə bağlı sualı cavablandırkən o, vurğulayıb: “Bu iki gün də daxil olmaqla, biz hazırda lazım olan şeyə diqqət yetirməliyik: Ukraynaya hərbi yardımın çatdırılması”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya Federasiyası üçün qəbuledilməzdir.
Kreml sözçünün sözlərinə görə, bu, xüsusi hərbi əməliyyatın əsas səbəbini aradan qaldırmır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.