NATOnun baş katibi: “Ukraynaya qoşun göndərmək ağıllı qərar olmaz”

28.11.2024

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mark Rutte: "Düşünürəm ki, bu, müdrik qərar olmaz"

“NATO qoşunlarının Ukraynaya göndərilməsi və onların münaqişəyə cəlb edilməsi ağıllı qərar olmaz”. AYNA xəbər verir ki, bu barədə Alyansın baş katibi Mark Rutte “Fox News”a müsahibəsində bildirib.

"Düşünürəm ki, bu, müdrik qərar olmaz", - baş katib jurnalistin üçüncü ölkələrin Rusiyaya yardım göstərəcəyi təqdirdə NATO-nun münaqişədə iştirakının perspektivi ilə bağlı sualını cavablandırıb.

Bundan əvvəl Litvanın NATO-dakı səfiri Deividas Matulionis bildirmişdi ki, Ukraynaya qoşun yeritmək üçün Avropa ölkələrinin Alyans rəhbərliyinin razılığına ehtiyacı yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью