Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna savaşı ətrafında yaranmış vəziyyət artıq nəzarətdən çıxmaq üzrədir, NATO Rusiya ilə savaşa hazırlaşmaq məcburiyyətində qalıb, hətta tezliklə qabaqlayıcı zərbələrin endirilməsi də istisna olunmur...
Fransa və Böyük Britaniya Ukraynaya hərbi kontingent göndərmək barədə müzakirələri artıq qərara bağlamaq üzrədir və bu, dünyanın nüvə savaşına qədər inkişaf edə biləcək qlobal müharibə ərəfəsində olduğunu göstərir...
Ukrayna savaşı ətrafında yaranmış situasiya artıq son həddə qədər gərginləşib.
ABŞ-ın səlahiyyətləri sona çatmaq üzrə olan prezidenti Co Baydenin verdiyi bəzi qərarlar isə hazırda Ukrayna savaşını qlobal fəlakət ssenarisinə doğru sürükləyir.
Xüsusilə də, Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlər ilə zərbə endirmək icazəsinin verilməsi ümumiyyətlə, nüvə müharibəsinə qədər inkişaf edə biləcək bir təhlükəli qlobal prosesin başlanğıc fazası da hesab oluna bilər.
Və bu baxımdan, hazırda dünyanın gələcək taleyinin hansı istiqamətlərə yönələ biləcəyi hələlik müəmmalı xarakter daşıyır.
Onu da qeyd etmək lazımdır ki, Rusiya ABŞ və Qərbi cavab reaksiyası olaraq, nüvə zərbəsi ilə təhdid edir.