NATOnun Türkiyəyə ehtiyacı var | Icma.az
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
NATO Ukraynada və Yaxın Şərqdə münaqişələrin həllində Türkiyədən dəstək almaq niyyətindədir.
“Cebheinfo.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, NATO-nun Baş kaitib Mark Ruttenin bu gün Türkiyəyə rəsmi səfəri gözlənilir.
M.Rute səfər öncə jurnalistlərə açıqlamasında bildirib ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynada və Yaxın Şərqdəki münaqişələrin, eləcə də bəzi qlobal problemlərin həll yollarını müzakirə etmək istəyir.
“Kollektiv təhlükəsizliyimizə qarşı artan təhdidlər, o cümlədən terror təhlükəsi, Ukraynadakı müharibə və Yaxın Şərqdəki böhranı müzakirə etmək üçün prezident Ərdoğanla görüşməyi səbirsizliklə gözləyirəm”.
NATO-nun Baş katibi vurğulayıb ki, Türkiyə NATO-nun mühüm üzvü olaraq alyansa ciddi dəstək verir.
“Türkiyə NATO-nun cənub cinahında alyansın alyansın təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır”.
Rutte Türkiyənin NATO-nun ikinci ən böyük ordusuna, güclü müdafiə sənayesinə sahib olduğunu və 70 ildən çox güclü və sadiq bir müttəfiq olduğunu da bəyan edib.
Tam oxu
Xəbəri oxu