Navai barəsində həbs qərarı verildi

15.10.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Müğənni Navai (Nəvai Bəkirov) Qazaxıstanda narkotik qaçaqmalçılığı şübhəsi ilə iki aylıq həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Shot” Teleqram kanalı məlumat yayıb.

“Qərar Korday rayon məhkəməsi tərəfindən bu gün səhər qəbul edilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, müğənni Navai oktyabrın 13-də Qazaxıstana daxil olarkən "Qorday" sərhəd keçid məntəqəsində saxlanılmışdı. Onun üzərində 2,5 qram marixuana, siqaret kağızları və üyüdücü aşkar edilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью