“Navai” həmin təcridxanada saxlanılır

15.10.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Azərbaycan əsilli tanınmış reper “Navai” (əsl adı Navai Bəkirov) Qazaxıstanda – məhbuslara qarşı işgəncələri ilə ad çıxarmış – istintaq təcridxanasına yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, 2022-ci ildə Qazaxıstanın Taraz şəhərində yerləşən 13 saylı istintaq təcridxanası, saxlanılan şəxslərə qarşı qəddar rəftar səbəbindən gündəmə gəlmişdi. İctimai etirazlardan sonra ölkənin Baş Prokurorluğu hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı araşdırmalara başlamağa məcbur olmuşdu.

Məlumata görə, Bəkirov təkadamlıq kamerada saxlanılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью