Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiaylı müxalif siyasətçi Aleksey Navalnının ölümünün birinci ildönümündə onun dəfn olunduğu Borisovskoye qəbiristanlığını 5,3 mindən çox insan ziyarət edib. \
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, qəbri ziyarət edənlər arasında Böyük Britaniyanın Rusiyadakı səfiri Naycel Keysi və Avstraliyanın Rusiyadakı səfiri Con Qirinq də olub.
Bundan əlavə, ABŞ və Aİ-nin Rusiya Federasiyasındakı səfirləri Linn Treysi və Roland Qalaraq da Navalnının məzarı üzərinə gül dəstələri qoyublar.
Məlumatda deyilir ki, müxalif siyasətçinin məzarına yaxınlaşan insanların üzünü kameraya çəkən hüquq-mühafizə orqanları əməkdaşları qəbiristanlıqda növbə çəkiblər.
“AzPolitika.info”