Navas Cənubi Amerikaya qayıtdı Rəsmi

22.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Real"ın və PSJ-nin sabiq qapıçısı Keylor Navas karyerasını Cənubi Amerikada davam edəcək.

QOL.az xəbər verir ki, 38 yaşlı qolkiper “Nyuells Old Boys”a keçib. Bu barədə Argentina klubunun saytı məlumat yayıb.

Kosta-Rikalı qapıçı ilə 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, yayda PSJ-dən ayrılan Navas 7 aydır klubsuz idi. Karyerasına Kosta-Rikada "Saprissa" klubunda başlayan Navas daha sonra  Avropada “Albasete”, “Levante”, "Real", PSJ, “Nottingem Forest”də çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью