Navas: “Sonuncu dəfə meydana baxdım”

23.12.2024

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sevilya”nın futbolçusu Xesus Navas karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, La Liqada dünən “Real”la səfər görüşü onun peşəkar futbolçu kimi son matçı olub. İspaniyalı vinger matçdan sonra fikirlərini bölüşüb:

“Həyatımda rəqib meydanında belə dəstək görməmişdim. Bu, dəlilikdir. Son bir neçə dəqiqədə karyeramda yaşadığım bütün anları, xatirələri, komandalarımı, milliyə olan sevgimi xatırladım. Sonuncu dəfə meydana baxdım. Düşünürəm ki, bu qədər insanı xoşbəxt etmək unikal bir şeydir”.

39 yaşlı futbolçu karyerası ərzində “Sevilya” ilə yanaşı, “Mançester Siti”də forma geyinib. O, İspaniya millisində 56 oyunda 5 qol vurub.

Dünya futbolu, Əsas xəbərlər İspan futbolçu millinin tarixinə düşdü

15 İyul 2024, 9:38

Dünya futbolu, Əsas xəbərlər Tanınmış futbolçu yığmadakı karyerasını bitirdi

15 İyul 2024, 9:00

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью