Navi Pilley Trampı unutmadı

09.10.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq Əfv Təşkilatının baş katibi Aqnes Kallamard "X" sosial şəbəkə platformasındakı hesabında Pilleyin mükafatı qazandığı xəbərini aldığı anların videosunu yayımlayıb.

Bu barədə Bakıvaxtı.az "Haber Global"a istinadən məlumat verir.

"İnanılmaz bir andır. Navi Pilley Nobel Sülh Mükafatına layiq görüldü. Hazırda biz birlikdə Nürnberq Məhkəməsindəyik. Bu mükafat üçün bundan daha güclü bir simvol təsəvvür edə bilmirəm. Hamımız çox sevinirik", - deyə Kallamard öz paylaşımında qeyd edib.

Pilley, öz növbəsində, mükafatı qazandığını insan hüquqlarını müdafiə edən həmkarları ilə birlikdə olduğu bir vaxtda öyrəndiyi üçün böyük məmnuniyyət hissi keçirdiyini bildirib.

Yaxın vaxtlarda Qəzzada baş verən hadisələri "soyqırımı" kimi qiymətləndirən bir hesabat üzərində işlədiyini xatırladan Pilley bu fəaliyyətindən sonra göstərdiyi cəsarətə görə təqdir olunduğunu vurğulayıb.

Bu vəziyyətin onu təəccübləndirdiyini söyləyən Pilley, "Həqiqəti dilə gətirmək üçün niyə cəsarət tələb olunsun ki?" - deyə sual verib.

Həmçinin Trampın Nobel Sülh Mükafatına layiq olduğu ilə bağlı əvvəlki bəyanatlarına toxunan Pilley zarafat edib:

"Bir az da çox alqışlasanız, bu mükafatı Trampla bölüşə bilərəm".

Qeyd edək ki, 2026-cı il üzrə Nobel Sülh Mükafatı sülhün bərqərar edilməsi və beynəlxalq hüququn möhkəmləndirilməsi istiqamətindəki səylərinə görə cənubi afrikalı hüquqşünas Pilleyə təqdim edilib.

Xatırladaq ki, Pakistan, İsrail və Kamboca müxtəlif münaqişələrin həllindəki iştirakına görə Trampı 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərdiklərini elan etmişdilər. Tramp özü də daha öncə dəfələrlə bu mükafata layiq olduğunu iddia etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью