Navio sürücüsüz yük avtomobilini təqdim etdi

10.12.2024

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Navio" şirkəti (keçmiş "SberAutoTech") ən yüksək avtonomluq səviyyəsinə malik sürücüsüz yük avtomobilinin prototipini təqdim edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, sürücü kabinəsi olmayan L5 səviyyəli yük avtomobili dekabrın 11-də keçiriləcək "AI Journey" konfransında nümayiş olunacaq.

Şirkətin məlumatına görə, bu, "Navio"nun sürücü oturacağı olmayan ilk ictimai avtomobili olacaq.

Avtomobil obyektləri tanımaq, zolaqda hərəkət etmək və zolaqları dəyişmək, həmçinin sürət və məsafəni idarə etmək kimi bir çox funksiyaları sərbəst şəkildə yerinə yetirə biləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью