Navio sürücüsüz yük avtomobilini təqdim etdi

10.12.2024

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif:Ayşən İmanova/Banco.az

"Navio" şirkəti (keçmiş "SberAutoTech") ən yüksək avtonomluq səviyyəsinə malik sürücüsüz yük avtomobilinin prototipini təqdim edib.

Banco.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında ​​deyilir.

Məlumata görə, sürücü kabinəsi olmayan L5 səviyyəli yük avtomobili dekabrın 11-də keçiriləcək "AI Journey" konfransında nümayiş etdiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, bu, "Navio" seriyasında sürücü oturacağı olmayan ilk ictimai avtomobil olacaq. Avtomobil obyektləri tanımaq, zolaqda hərəkət etmək və zolaqları dəyişmək, həmçinin sürət və məsafəni idarə etmək kimi bir çox funksiyaları sərbəst şəkildə yerinə yetirə biləcək.

Xatırladaq ki, “Navio” çox yönlü avtonom sürücülük texnologiyası və süni intellekt məhsullarının yaradıcısıdır. Şirkət bu sahədə 2020-ci ildən fəaliyyət göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью