Naviqator onu hərbi bazaya apardı deyə SAXLANILDI

10.09.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ-də rusiyalı taksi sürücüsü naviqatorun səhv marşrut göstərməsi nəticəsində hərbi bazanın ərazisinə daxil olduqdan sonra saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Life.ru” “SHOT” Telegram kanalına istinadən məlumat yayıb.

Məlumata görə, Uber-də çalışan rusiyalı sürücü müştərinin sifarişi üzrə yola çıxıb. Naviqatorun göstərişi ilə hərəkət edən sürücü səhv döngəyə daxil olaraq Kaliforniyada yerləşən ABŞ Dəniz Piyadaları Korpusunun “Camp Pendleton” hərbi bazasının girişinə gəlib.

Sürücünü müştəri əvəzinə hərbçilər qarşılayıb. Daha sonra o, miqrasiya xidməti əməkdaşlarına təhvil verilib. Rusiyalı taksi sürücüsü xüsusi saxlama mərkəzinə göndərilib və onun deportasiyası ilə bağlı prosedura başlanılıb.

Məlumata görə, həmin şəxs 2019-cu ildə tələbə vizası ilə ABŞ-yə köçüb. Vizanın müddəti başa çatdıqdan sonra isə sığınacaq üçün müraciət edib, biometrik məlumatlarını təqdim edib və işləmək icazəsi alıb.

Lakin məhkəmə onun bu sənədlər əsasında araşdırma başa çatanadək azadlıqda qala bilməyəcəyinə qərar verib. Hollivud filmlərində kütləvi səhnələrdə də çəkildiyi bildirilən rusiyalını ABŞ-dən deportasiya olunmaq təhlükəsi gözləyir.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью