Naxçıvan Abşeronu üstələdi

14.01.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Basketbol Liqasının IX turunun təxirə salınmış oyununda "Naxçıvan" qələbə qazanıb.

Fanat.Az xəbər verir ki, A qrupunda baş tutan matçda Murat Dikmenin rəhbərlik etdiyi kollektiv "Abşeron"u 102:82 hesabı ilə üstələyib.

Qeyd edək ki, B qrupunun təxirə salınmış matçları sabah reallaşacaq. "Şəki" - "Gəncə" görüşü saat 14:00-da Şəki Olimpiya İdman Kompleksində start götürəcək. "Sumqayıt" - "Quba" qarşılaşması isə saat 19:00-da Sumqayıt Olimpiya İdman kompleksində başlayacaq. Oyunlar dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью