Naxçıvan Arxivindən Rəşid Behbudovun nadir görüntüləri üzə çıxıb

11.06.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində mühafizə olunan nadir video material ictimaiyyətə təqdim edilib.

Görüntülərdə Azərbaycanın korifey sənətkarı, SSRİ xalq artisti Rəşid Behbudovun Naxçıvanda yerli sakinlər üçün təşkil olunan konsertindən qısa bir hissə yer alıb.

Məlumata görə, video uzun illər arxivdə qorunub saxlanılıb və indiyədək ictimaiyyətə təqdim edilməyib.

Qeyd edək ki, sözügedən görüntülər Azərbaycanın musiqi və mədəniyyət tarixini əks etdirən qiymətli arxiv materiallarından hesab olunur.

Araşdırmaçı-hüquqşünas Yunis Xəlilovun rəsmi facebook səhifəsinə istinadən..

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью