Naxçıvan dəmir yolunda işlər başladı

09.09.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Artıq Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb.

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, beynəlxalq tərəfdaşlarla danışıqlar gedir: "Azərbaycan tərəfi bu danışıqların nəticəsini gözləmədən öz işlərini davam etdirir. Biz çox sürətlə irəliləyirik. Bu, bir daha bizim belə önəmli regional layihəyə yanaşmamızın əyani göstəricisidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью