Naxçıvan dəmiryolunun Ermənistanla sərhədində tikintiyə başlanıldı Fotolar Video | Icma.az
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycan Dəmir Yolları Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb”.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayev deyib.
O bildirib ki, Ermənistanla sərhəddə, Ordubad rayonunun Salamməlik stansiyası ərazisində tikinti işlərinə start verilib.
“Tikinti işləri 188 km-lik dəmir yolu xəttini əhatə edir. Məqsəd müasir tələblərə cavab verən yeni dəmir yolu şəbəkəsinin qurulmasıdır.
Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.
Bildiyiniz kimi, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda cənab Prezident növbəti tarixi zəfərə imza ataraq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşmanın imzalanmasına nail olub.
Bu razılaşma çərçivəsində dəhliz boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq.
Tam oxu
Xəbəri oxu