Naxçıvan Dövlət Universiteti sosial şəbəkə sorğularının qalibi olub

01.08.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 1 avqust, AZƏRTAC

"Azərbaycan Universitetləri" adlı "Facebook" səhifəsində keçirilən qısamüddətli sorğuların nəticələri açıqlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üç ayrı nominasiya üzrə aparılan sorğularda Naxçıvan Dövlət Universiteti (NDU) qalib gəlib.

Belə ki, NDU aşağıdakı kateqoriyalarda birinci olub:

III qrup abituriyentləri üçün ən çox tövsiyə edilən universitet,

IV qrup abituriyentləri üçün ən çox tövsiyə edilən universitet,

Region universitetləri arasında açıq fərqlə qalib.

Qeyd edilib ki, universitetin bu uğuru burada keyfiyyətli tədris prosesinin və elmi-pedaqoji mühitin ölkə miqyasında tanınmasının göstəricisidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью