Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi

15.07.2025

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı, komputer, printer, vebkamera və s. avadanlıqların alınması ilə bağlı elan etdiyi tender baş tutmayıb.

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul etsə də, səbəb açıqlanmayıb.

Tenderin dəyəri 336 554 AZN olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью