Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat etdi

15.11.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Naxçıvan Dövlət Universitetinin, İncəsənət fakültəsinin "Təsviri incəsənət" kafedrasının müəllimi Elman Məhərrəm oğlu Cəfərov vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, o, 1951-ci il iyulun 5-də Naxçıvan şəhərində anadan olub. O, heykəltəraşlıq və rəngkarlıq sahəsində yaratdığı monumental əsərləri, həmçinin pedaqoji fəaliyyəti ilə tanınıb.

Elman Cəfərovun müəllifi olduğu "Babək"in atlı heykəli, "Dədə Qorqud" heykəlinin ilkin variantı, bir sıra görkəmli şəxsiyyətlərin büst və barelyefləri, eləcə də çox sayda rəngkarlıq əsəri ölkəmizin sənət xəzinəsində mühüm yer tutur. Əsərləri Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası, Hüseyn Cavidin Ev Muzeyi, Cəmşid Naxçıvanski Muzeyi və Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью