Naxçıvan Dövlət Universitetinin yeni rektoru kimdir? DOSYE | Icma.az
Icma.az, Azpost portalına istinadən məlumat verir. Prezident İlham Əliyevin sərəncamı ilə Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rekt
Elbrus İsayev 7 oktyabr 1979-cu il tarixdə Babək rayonunun Məzrə kəndində anadan olub.
2000-ci ildə Naxçıvan Dövlət Universitetini, 2002-ci ildə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.
2000-2004-cü illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir.
2002-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb.
2008-ci ildən Naxçıvan Dövlət Universiteti “Beynəlxalq münasibətlər” kafedrasının dosenti olub.
2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı, 2013-2014-cü illərdə “Naxçıvan” Universitetinin “Humanitar Elmlər” kafedrasının müdiri vəzifəsində işləyib.
2014-2018-ci tədris illərində “Naxçıvan” Universiteti “İdarəetmə” fakültəsinin dekanı vəzifəsində çalışmış, eyni zamanda həmin Universitetin “Beynəlxalq münasibətlər” kafedrası­nın dosenti olub.
Tam oxu
Xəbəri oxu