Naxçıvan duzu barədə iddialar: Yəni doğrudan təhlükəlidir?

20.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Naxçıvan duzu ilə bağlı sosial şəbəkələrdə xoşagəlməz görüntülər yayılıb. Belə ki, görüntülərdə iddia edilir ki, duz suya qatılan zaman palçıq halını alır və insan sağlamlığı üçün təhlükəlidir.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, “Naxçıvan Duz İstehsalı” MMC-nin dirketoru Anar Əsədullayev iddianı əsassız adlandırıb.

O bildirib ki, həmin videoda suya qatılan duz deyil: Marqarita pizza

“Gülünc videodur. Duzun rəngi ilə heç bir uyğunluğu yoxdur. Təbii duz mədəni 1927-ci ildən fəaliyyət göstərir. Deyildiyi kimi olsaydı, Naxçıvan vətəndaşlarının böyrəkləri fəaliyyətini dayandırardı.

Qaya duzunun rəngi qara olur, tərkibində gil də olur və insan sağlamlığı üçün ən faydalı duz hesab edilir. Dünyada yeganə qaya duzudur ki, insan bədənindən hamısı xaric olunur. Digər duzlar isə qaya duzu kimi vücuddan xaric olmur. Kimlərsə antireklam edir, özündən Amerika kəşf edir. Özünü bəlkə də tanıtmaq istəyir. Naxçıvan duzunu kisədən götürüb suya qatsın, sement kimi qarışdırıb görüntüləri yenidən çəksin, ona reaksiya verək”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью