Naxçıvan DYP dən sürücülərə MÜRACİƏT

02.12.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi (DYP) İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
"Hal-hazırda muxtar respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar avtomobil yollarının bəzi hissələrində təhlükəsiz görünüş məsafəsi minimuma enib. Bu da yol nişanlarının, nişanlanma xətlərinin, digər nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərə belə hava şəraitində daha diqqətli olmaq, minimum sürət həddi seçmək, xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyə olunur.
Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolu görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, səkilərlə, piyada keçidləri ilə hərəkət etməli, məsuliyyət hissini unutmamalıdırlar". (Report.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью