Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvanın Fövqəladə Hallar Nazirliyi Babək rayon Mərkəzi Xəstəxanasında təlim keçirib.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin, Mülki müdafiə alayının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyətinin və Babək rayon Mərkəzi Xəstəxanasının həkim briqadaları, mülki müdafiə qüvvələrinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd tibb müəssisəsinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
Əvvəlcə təlimin nəzəri hissəsində müəssisənin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğın-xilasetmə böl
Təlim uğurla başa çatıb və qarşıya qoyulan məqsədlərə nail olunub. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.