Naxçıvan Hava Limanının son durumu VİDEO

05.03.2026

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın Naxçıvan istiqamətində pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyi barədə məlumatlar yayılıb.

“AzPolitika” xəbər verir ki, yaydığı xəbərə görə, dronlardan biri Naxçıvan hava limanının ərazisinə düşüb. Digər bir neçə pilotsuz aparatın isə şəhərin müxtəlif nöqtələrinə düşdüyü iddia olunur.

Sosial şəbəkələrdə yayılan fotolarda hava limanı terminalının daxilində müəyyən dağıntıların baş verdiyi, tavan konstruksiyalarının və şüşə elementlərin zədələndiyi görünür. İlkin məlumatlara əsasən, hadisə nəticəsində insan itkisi qeydə alınmayıb, lakin obyektə müəyyən maddi zərər dəyib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью