Naxçıvan idmançısı Azərbaycan çempionu olub

03.07.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan, 3 iyul, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin və Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində, Sərhədçi Olimpiya İdman Mərkəzində kadetlər, yeniyetmələr və gənclər arasında XXIX Azərbaycan birinciliyi keçirilib. Üç gün davam edən yarışda 93 klubdan 819 idmançı iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvandan yarışa qatılan idmançılardan biri mükafatçılar sırasına düşüb. Belə ki, məşqçi Etibar Qəribovun rəhbərliyi ilə “Ləvənt” Döyüş Klubunun heyətində 56 kiloqram çəki dərəcəsində çıxış edən Aminə Novruzzadə keçirdiyi üç görüşün hər birində tam üstünlüklə qələbə qazanaraq, qızıl medala sahib çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью