Naxçıvan iqtisadiyyatı 1 % böyüyüb

16.12.2024

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 365 milyon 189 min 200 manat olub.

Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən "Report"un yerli bürosuna verilən məlumata görə, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 1 % çoxdur.

Bildirilir ki, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,4 % artaraq 2 906,5 manat olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью