Naxçıvan iqtisadiyyatı 1 % dən çox böyüyüb

13.03.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin yanvar-fevral ayında Naxçıvan Muxtar Respublikasında 223,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,3 % çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1 % artaraq 474 manat olub.

Xatırladaq ki, ötən 2 ayda ölkədə 18 milyard 473,1 milyon manatlıq və yaxud 1 il əvvələ nisbətən 0,3 % çox ÜDM istehsal olunub.

Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 % azalıb, qeyri neft-qaz sektorunda isə 1,4 % artıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью