Naxçıvan iqtisadiyyatı 2 faizdən çox böyüyüb

14.09.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 173 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub.

525.az xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisəsə 2,2 % çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,9 % artaraq 2 481 manat təşkil edib.

Xatırladaq ki, 8 ay ərzində Azərbaycanda 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,2 % çoxdur. O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,8 % azalaraq 26 milyard 181,9 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 2,1 % artaraq 61 milyard 527,6 milyon manata çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью