Naxçıvan İSFnin gəlir və xərcləri İSFnin büdcə göstəricilərinin tərkibində nəzərə alınacaq

21.11.2024

Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan İSF-nin gəlir və xərcləri İSF-nin büdcə göstəricilərinin tərkibində nəzərə alınacaq

Naxçıvan Muxtar Respublikasının İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri növbəti ildən etibarən İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə göstəricilərinin tərkibində nəzərə alınacaq.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Vüqar Gülməmmədov qeyd edib ki, bu, İşsizlikdən Sığorta Fondunun büdcə göstəricilərinin Naxçıvan MR İSF-in gəlir və xərcləri nəzərə alınmaqla tərtib edilməsi dövlət məşğulluq siyasətinin tamlığına və bu siyasətin əhatə dairəsi ilə bağlı daha dəqiq məlumatların əldə olunmasına xidmət edəcək.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью