Naxçıvan karateçiləri imtahan veriblər

03.02.2025

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan karateçiləri imtahan veriblər.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Gənclər və İdman Nazirliyinin 2 fevral – Gənclər Günü ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq “Gənclər həftəsi” çərçivəsində daha bir idman tədbiri keçirilib.

Fevralın 2-də Naxçıvan şəhərində Azərbaycan Karate Federasiyasının (AKF) muxtar respublika üzrə nümayəndəliyi tərəfindən növbəti kəmər imtahanı keçirilib. Bu prosesdə 8-20 yaş aralığında 40 karateçi iştirak edib.

İmtahanı AKF-nin Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Nəriman Quliyev, imtahan komissiyasının üzvləri Nicat Allahverdiyev və Qələndər Bünyatov qəbul ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью