Naxçıvan karateçisi ölkə çempionu olub AZƏRTAC

21.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 21 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu üzrə ölkə birinciliyi və çempionatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarışlarda 35-dən çox klub və nümayəndəlikdən 300-ə yaxın karateçi öz qüvvəsini sınayıb.

Ölkə çempionatında muxtar respublika idmançılarından ikisi mükafatçılar sırasına düşüb. Vüsal Seyidov 18-20 yaşlılar arasında bütün rəqiblərini üstələyərək ölkə çempionu olmağı bacarıb. Vüsal, eyni zamanda, 18+ yaş kateqoriyasında gümüş medal da qazanıb. Digər təmsilçimiz Məhəmməd Bağırov isə 16-17 yaşlılar arasında gümüş medala layiq görülüb.

Qeyd edək ki, ilk üç yeri tutmuş idmançılar ənənəvi karate üslubu üzrə milli komandanın tərkibinə cəlb olunmaqla, 2025-ci ildə keçiriləcək dünya və Avropa çempionatlarında ölkəmizi təmsil etmək imkanı qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью