Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar

20.11.2024

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar.

"Report"un yerli bürosu xəbər verir ki, onlar Türkiyənin İğdır şəhərində keçirilən muay tay üzrə beynəlxalq turnirdə fərqləniblər.

Yarışda Türkiyə, Azərbaycan və İrandan ümumilikdə 60 idmançı mübarizə aparıb.

Azərbaycanı Namiq Musayevin rəhbərliyi altında Naxçıvan Kikboksinq Federasiyasının 7 idmançısı təmsil edib. Təmsilçilərimizdən 4-ü qızıl, 3-ü gümüş medala yiyələnib,

Amin Nəcəfov, Uğur Məmmədli, Hüseyn Həsənov və Ramazan Babayev birinci, Tural Səfərli, Yusif Məmmədov və Şahin Qəribov ikinci yeri tutub.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью