Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar

20.11.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar.

"Cebheinfo.az" xəbər verir ki, onlar Türkiyənin İğdır şəhərində keçirilən muay tay üzrə beynəlxalq turnirdə fərqləniblər.

Yarışda Türkiyə, Azərbaycan və İrandan ümumilikdə 60 idmançı mübarizə aparıb.

Azərbaycanı Namiq Musayevin rəhbərliyi altında Naxçıvan Kikboksinq Federasiyasının 7 idmançısı təmsil edib. Təmsilçilərimizdən 4-ü qızıl, 3-ü gümüş medala yiyələnib,

Amin Nəcəfov, Uğur Məmmədli, Hüseyn Həsənov və Ramazan Babayev birinci, Tural Səfərli, Yusif Məmmədov və Şahin Qəribov ikinci yeri tutub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью