Naxçıvan klubu 30 xalla ilk pillədə Yeni Sabah

10.11.2024

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XIII turunda daha bir oyun keçirilib.

Yenisabah.az xəbər verir ki, "Araz-Naxçıvan" "Sumqayıt"la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə başa çatıb - 1:0. 87-ci dəqiqədə Ülvi İsgəndərov fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran Naxçıvan klubu hələlik birinci pillədə qərarlaşıb.

"Gənclik şəhəri" təmsilçisi 13 xalla yeddinci sırada yer alıb.

Günün digər matçında "Qarabağ" "Zirə" ilə üz-üzə gələcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Şamaxı" ilə (2:2), "Səbail" "Turan Tovuz"la (1:1), "Sabah" isə "Kəpəz"lə (2:2) heç-heçə edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью