Naxçıvan Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

04.11.2024

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyinat olub.

Gununsesi.info xəbər verir ki, Naxçıvan MR mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə Kamandar Asəf oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Kamandar Ələkbərov bu təyinatadək Nazirliyin Aparatının Kadr və ümumi işlər sektorunun müdiri vəzifəsində çalışırdı.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью