Naxçıvan məhsulları ötən il 10dan çox ölkəyə ixrac edilib

07.01.2025

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında istehsal olunmuş məhsullar 10-dan çox ölkəyə ixrac edilib.

Bunu "Report"un yerli bürosuna müsahibəsində yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Onun sözlərinə görə, ixrac il ərzində verilmiş 60 mənşə sertifikatı əsasında həyata keçirilib.

Bundan başqa, nazir əvəzi deyib ki, ötən il sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə nazirlik yanında Sahibkarlığı İnkişafı Fondunun əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı 2 dəfə artırılaraq 6-ya çatdırılıb, əlavə olaraq 3 kredit təşkilatının əməkdaşlığa cəlb olunması üçün işlər davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью