Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq. Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədri, müavini və katibi seçilib Naxçıvan Mərkəzi S
"Report"un yerli bürosu xəbər verir ki, noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası ke
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin noyabrın 16-da keçirilən iclasında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yen
Bundan sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının inzibati binasında yeni tərkibin ilk iclası keçirilib.
Asim Əliyev Komissiyanın yeni tərkibdə ilk iclasını açıq elan edib və Çingiz Həsənli yekdilliklə Mərkəzi Seçki Komissiyasının sədri seçilib.
Ç.Həsənli qeyd edib ki, Komissiya bundan sonrakı fəaliyyətində də Ali Məclisə seçkilərin demokratik prinsiplər əsasında keçirilməsi və vətəndaşların seçki hüquqlarının qorunması üçün lazımi addımları atacaq, qanunvericiliyin tələblərini, dövlətimizin və dövlətçiliyimizin maraqlarını əsas götürəcək.
Sonra Ramil Orucəliyev Mərkəzi Seçki Komissiyası sədrinin müavini, Orxan Bağırov isə Mərkəzi Seçki Komissiyasının katibi seçilib.
Sonxeber.azŞikayətiniz varsa Whatsapp: 051 7028255 Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.